“Türkiyədə böyük dəyişikliklər olacaq” – diplomatdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

“Türkiyədə böyük dəyişikliklər olacaq” – diplomatdan ŞOK AÇIQLAMA

“İndiki mərhələdə hökumət istefaya getməlidir. Əgər ortaq məxrəcə gəlinərsə, koalisiya hökumətinin qurulması mümkün ola bilər”.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədr müavini Onur Öymən bildirib.

Onun sözlərinə görə, siyasi partiyaların koalisiya hökuməti qurmaqla bağlı razılığa gəlib-gəlməyəcəyini zaman göstərəcək. O.Öymən deyib ki, əgər partiyalar razılığa gələ bilməsə, o zaman təkrar seçkilər keçiriləcək: “Əgər siyasi partiyalar razılaşa bilməsə və koalisiya hökuməti qurula bilməsə, o zaman Türkiyədə siyasi dəyişikliklər istisna deyil. Təbii ki, seçkidən sonrakı vəziyyətin Türkiyə siyasətinə təsiri böyük olacaq. Yəni, Türkiyədə çox böyük dəyişikliklər gözlənilir. Hər birimiz bunları ən yaxın zamanda müşahidə edəcəyik”.

CHP-nin AKP ilə koalisiyaya gedib-getməyəcəyi məsələsinə də toxunan O.Öymən bunu zamanın göstərəcəyini bildirib: “Koalisiya qurmaq üçün də müəyyən tələb və şərtlər lazımdır. Bunun üçün ilk növbədə siyasi partiyaların razılığı olmalıdır. Əgər CHP buna razılıq verərsə, o zaman AKP ilə koalisiya qurulması ehtimalı ola bilər. Amma bu ehtimal çox azdır”.

O.Öymən baş nazir Əhməd Davudoğlunun yeni hökuməti formalaşdırmasının çox çətin olacağını bəyan edib: “Yəqin ki, Əhməd Davudoğlu həm Kamal Kılıçdaroğlu, həm də Dövlət Baxçalı ilə görüşəcək, koalisiya hökumətinin qurulması ilə bağlı təkliflər ediləcək və müzakirələr aparılacaq. Ancaq qarşı tərəflərin buna razılıq verib-verməyəcəyi bəlli deyil. Bunun necə olacağını zaman göstərəcək”.

Onun Öymən HDP-nin seçkilərdə yüksək faiz göstərməsi məsələsinə də münasibət bildirib: “HDP-nin Türkiyə Konstitusiyasının tələblərinə nə dərəcədə əməl edib-etməyəcəyini zaman göstərəcək. Əgər HDP PKK-nı və terroru pisləməkdən çəkinsə, onlara qarşı çıxmayacaqsa, bu həmin partiyanın məqsədlərini tam ortaya qoyacaq. Belə olan halda isə HDP aldığı səsləri itirəcək. Çünki HDP-nin qazandığı səsləri AKP, CHP və MHP-yə səs verməyən insanlar verib. HDP bunu heç zaman unutmamalıdır ki, əgər onlar PKK-nı dəstəkləyərsə, daha sonra səs ala bilməyəcəklər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm