NATO-dan xəbərdarlıq: “Yaxın vaxtlarda Ukraynaya hücum olacaq”
Bizi izləyin

Dünya

NATO-dan xəbərdarlıq: “Yaxın vaxtlarda Ukraynaya hücum olacaq”

Rusiya Federasiyası və rusmeyilli separatçılar qısa zaman ərzində Ukraynaya hücüm etmək imkanına malikdir.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Polşanın PAP agentliyinə müsahibəsində bildirib.

“Bu ehtimal bizdə ciddi narahatlıq yaradır. Vurğulamaq istəyirəm ki, atəşkəs haqqında saziş bütün tərəflər üçün həlledici əhəmiyyətə malikdir. Separatçıların ərazini genişləndirmək məqsədilə göstərəcəyi istənilən cəhd beynəlxalq cəmiyyət üçün qəbuledilməz olacaq”, - NATO-nun baş katibi vurğulayıb.

Bundan başqa, Yens Stoltenberq Kremli növbəti dəfə öz qoşunlarını və hərbi texnikanı Ukraynadan çıxarmağa çağırıb. O, Minsk razılaşmalarının tam icrasının sülh üçün yeganə yol olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm