Türkiyənin məhvi planı: ABŞ-ın ssenarisi işə düşdü
Bizi izləyin

Dünya

Türkiyənin məhvi planı: ABŞ-ın ssenarisi işə düşdü

Suriyada Kobani və Cizirə şəhərləri arasında yerləşən və strateji əhəmiyyət daşıyan Tel-Abyad şəhəri PKK terror təşkilatının qolu olan PYD-nin əlinə keçib.

Publika.az xəbər verir ki, “Yeni Şafak” qəzetinin yazarı İbrahim Karagül Tel-Abyad üzərindən Türkiyə ilə bağlı çox təhlükəli planların həyata keçirildiyini yazıb.

Onun sözlərinə görə, Türkiyə dərhal hərb yoluyla proseslərə müdaxilə etməldir. “Yeni Şafak” qəzetinin yazarı hesab edir ki, on illərdir icra olunan və Türkiyənin Anadoluya həbs edilməsini nəzərdə tutan strategiyanın son mərhələsi həyata keçirilir. İbrahim Karagülün fikrincə, Gəzi Parkı hadisələri və 17 dekabr əməliyyatı ilə istədiyi nəticəni əldə edə bilməyənlər parlament seçkilərinin nəticələrindən sonra daha da cəsarətləniblər.

“Bəlkə də, AKP-ni kənarda saxlayacaq bir CHP-MHP koalisiyası və ona kənardan dəstək verəcək HDP düsturu üçün çalışacaqlar. Bunu bacarsalar, iki nəticə əldə edəcəklər. Birincisi, türk milliyyətçiliyinin gücünü qıraraq MHP-ni tükədəcəklər. İkincisi isə, zəif koalisiyadan istifadə etməklə Türkiyə ilə bağlı istədiklərini tamamlayacaqlar. İki məqama diqqətlə baxın: yaxın bölgənin xəritələrinə və koalisiya danışıqlarına. Hər ikisi arasında müdhiş bir koordinasiya və bənzərliyi görəcəksiniz. Ortaq nöqtələri isə Türkiyədir.

Türkiyədə seçkilərdən əvvəl başlayan və seçkilərdən sonra verilən bəyanatlara diqqətlə baxsanız, Şimali Suriyada hansı oyunların oynanıldığı və ABŞ-ın bu oyunların harasında olduğunu görərsiniz. Əgər zəif bir koalisiya dövrünü yaşasaq, bizi dörd bir tərəfdən güllə yağışına tutulacaqlar. Türkiyənin milli gücləri təmizlənəcək, mühasirəyə alınmış, başını qaldırmağa imkanı olmayan bir ölkəyə çevriləcəyik. Diqqət yetirin, daxildəki sabitliyi hədəf alan layihədə kürd milliyyətçiliyindən istifadə etdilər. Təcrid layihəsinin son mərhələsi də kürd milliyyətçiliyi vasitəsilə həyata keçirilir. Hər ikisində də PKK-dan bir “Troya atı” kimi istifadə edilir”,- türkiyəli yazar qeyd edib.

Onun sözlərinə görə, Şimali İraq-Aralıq dənizi dəhlizinin qurulması ilə Türkiyə əlini Akçakalədən uzağa uzada bilməyəcək: “Yaxın Şərqin heç bir yerində ola bilməyəcək. Ərəb dünyası ilə bütün əlaqələrimiz kəsiləcək. Əsas məqsəd də budur. Ancaq bundan sonrası daha dəhşətlidir. Bu dəhliz Türkiyəni daxili qarşıdurmalara və bölünməyə aparan son addım olacaq. Türkiyə məzhəb döyüşlərindən qaçmaq istədiyi bir vaxtda etnik döyüşün içinə atılacaq. Türkiyə cənubda həyata keçirilən planlara dərhal müdaxilə etməlidir. Lazım olsa, hərbi müdaxilə etməli və özünü qorumalıdır. Çünki birbaşa olaraq Türkiyəni hədəf alan bir cəbhə qurulur. Sabah çox gec olacaq”.

“Haberturk” saytı isə yazıb ki, Suriyada yaxın 6 ay ərzində ortaya çıxması gözlənilən ssenariyə görə, Türkiyə-Suriya sərhədində PKK-PYD dəhlizi tamamlanmış olacaq. Əfqanıstan və İraq işğallarında ABŞ-ın yüksək rütbəli hərbçilərinə məsləhətçilik edən Kimberli Kaqanın rəhbərlik etdiyi Amerika Müharibə İşləri İnstitutu qarşıdakı 6 ayda Suriyada ortaya çıxa biləcək ssenarilərin yer aldığı bir hesabatı dərc edib.

Hesabatda yer alan ən yüksək ehtimallı ssenariyə görə, Tel-Abyadın İŞİD-dən alınması ilə Türkiyə-Suriya sərhədində PKK və PYD-nin nəzarətində geniş bir ərazi yaradılacaq. İnstitut Türkiyənin cənub sərhədlərində yaranacaq mənzərəni əks etdirən xəritə də dərc edib.

Hesabatda ABŞ üçün ən təhlükəli ssenari isə Suriyanın şimalının İŞİD-dən təmizlənməməsi və PKK ilə PYD güclərinin Tel-Abyadda nəzarəti ələ keçirə bilməməsi göstərilir. Belə olan halda isə İŞİD-in Xama, Xüms və Dəməşqə doğru hərəkət edə biləcəyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm