Almaniyada mumiyalanmış 6 aylıq körpə cəsədi tapıldı
Bizi izləyin

Dünya

Almaniyada mumiyalanmış 6 aylıq körpə cəsədi tapıldı

Almaniyanın Fulda şəhərində polis uşaq arabasının içində mumiyalanmış körpə cəsədi tapıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə polisə verilən anonim məlumatdan sonra ortaya çıxıb.

Bir binanın dördüncü mərtəbəsində tapılan cəsədin altı aydır uşaq arabasında olduğu müəyyənləşdirilib. Körpənin özünün də altı aylıq olduğu məlum olub.

Axtarışlardan sonra tapılan ana körpənin yatdığı zaman altında qalaraq öldüyünü bildirib. Polisin məlumatına görə, körpənin valideynləri onun ölməsindən sonra polis qorxusundan evlərini tərk edərək başqa yerdə yaşayıb.

Anaya qarşı cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm