“Shell” Ukraynada işləməkdən imtina edib
Bizi izləyin

Dünya

“Shell” Ukraynada işləməkdən imtina edib

Ukraynanın ekologiya və təbii sərvətlər naziri İqor Şevçenko “Royal Dutch Shell” şirkətinin Ukraynada şist qazının çıxarılması layihəsindən imtina etdiyini təsdiq edib.

Publika.az xəbər verir ki, nazir bu barədə Nazirlər Kabinetində keçirilən brifinqdə bildirib.

İ.Şevçenko deyib: “Bu yaxınlarda “Shell” şist qazı çıxarılması barədə müqavilədən imtina etmək istədiyini bildirib. Şirkət bu addımı iqtisadi səbəblərə görə, dünyada qazın və neftin qiymətləri aşağı düşdüyünə görə atıb”.

Eyni zamanda o, qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi indi yerin təkinin işlənilməsi və şist qazının çıxarılması barədə başqa xarici şirkətlərlə danışıqlar aparır.

Xatırladırıq ki, bundan əvvəl Ukrayna KİV-lərində verilmiş xəbərə görə, “Royal Dutch Shell” əməkdaşların təhlükəsizliyi üçün narahat olduğuna görə Ukraynanın şərqində şist qazı yataqlarının kəşfiyyatını dayandırıb və layihədən çıxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm