Pərviz Müşərrəfin həbsinə order verildi
Bizi izləyin

Dünya

Pərviz Müşərrəfin həbsinə order verildi

Pakistan məhkəməsi keçmiş Prezident Pərviz Müşərrəfin həbsinə order verib.

Publika.az-ın məlumatına görə, Pərviz Müşərrəf 2007-ci ildə İslamabadda Qırmızı məscidə hücum zamanı din xadimi Əbdül Rəşid Qazinin qətlində ittiham edilir.

O bu il iyulun 24-də məhkəmə qarşısına çıxmalıdır.

Əməliyyatda öldürülənlər arasında olan məscidin imamı Əbdül Rəşid Qazinin oğlu tərəfindən sabiq prezidentə qarşı qaldırılan iddia çərçivəsində başlayan istintaq prosesi paytaxt İslamabadda davam etdirilib. Hakim Kamran Basharat Müşərrəfin 24 iyulda keçiriləcək məhkəmə iclasına məcburi şəkildə gətirilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Lal Məscidi 2007-ci ildə Pakistan əsgərləri tərəfindən 8 gün mühasirədə saxlanıldıqdan sonra partladılıb. Mədrəsədəki 800 nəfərdən 150-i həlak olub. Mədrəsənin Taliban təşkilatının yuvası olduğu bildirilirdi.

General Pərviz Müşərrəf 1999-cu ildə baş nazir Navaz Şərifə qarşı hərbi çevriliş həyata keçirərək 2008-ci ildəki istefasına qədər ölkəni təkbaşına idarə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm