Dünya
İŞİD-dən Talibana gözdağı: 3 nəfəri edam etdi
İŞİD terror təşkilatı Taliban təşkilatının qalası hesab edilən Əfqanıstanda gücünü hiss etdirmək üçün 3 üzvünü edam edib.
Publika.az xarici mediaya istinadən verdiyi məlumata görə, edam olunan şəxslər Talibana qaçmaqda ittiham olunub.
Edamın Talibanın İŞİD-ə Əfqanıstandan çəkilmə çağırışı etməsindən bir neçə gün sonra reallaşdırılması diqqət çəkir.
Qeyd edək ki, Talibandan bir neçə gün əvvəl İŞİD lideri Əbubəkr əl-Bağdadiyə məktub yazılıb. Talibanın liderlərindən olan Ahter Mohammed Mənsur tərəfindən yazılan açıq məktubda Liviya, İraq və Suriyada təsirli olan İŞİD-dən Əfqanıstanda yeni qrupların qurulmaması istənilib. Mətbuatda İŞİD-in Əfqanıstanda yeni qruplar qurmağa çalışdığı, bu qrupların islam, müsəlmanlar və İŞİD üçün zərərli olacağı bildirilib.
“Biz sizin daxili işlərinizə qarışmaq istəmirik və sizdən də eyni addımı gözləyirik. İŞİD-in Əfqanıstanda yeni qrupları yaratması Talibanın bölünməsinə səbəb olacaq”, - məktubda deyilir.
Məktubda 1500 islam aliminin də Talibana dəstək verdiyi iddia edilib. Bildirilir ki, Taliban Əfqanıstanda cihad fəaliyyətinə yalnız özünün bayrağı altında icazə verəcək.
Qeyd edək ki, son aylarda Əfqanıstanın müxtəlif bölgələrində İŞİD-in təlim düşərgələri qurduğu bildirilir. Artıq Taliban ilə İŞİD silahlıları arasında bir neçə dəfə qarşıdurma baş verib və hər iki tərəfdən onlarla silahlı ölüb.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu