Putin keçmiş arvadından danışdı: “Bəzən gecə saat ikiyə kimi...”
Bizi izləyin

Dünya

Putin keçmiş arvadından danışdı: “Bəzən gecə saat ikiyə kimi...”

Rusiya prezidenti Vladimir Putin ailəsi ilə münasibətlərindən danışıb.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Sankt-Peterburqda xarici informasiya agentliklərinin başçıları ilə görüşündə keçmiş həyat yoldaşı Lyudmila və qızları ilə münasibətlərinin yaxşı olduğunu deyib.

O qeyd edib ki, ailəsi ilə danışaraq bəzən gecə saat ikiyə qədər yatmır. Şəxsi həyatı ilə bağlı planlarına gəlincə, Rusiya lideri müəyyən planların olduğunu bildirib. Putin hazırda hər şeyin qaydasında olduğunu əlavə edib.

Qeyd edək ki, Vladimir Putin Lyudmila Putinlə otuz il evil olub. Onlar 2013-cü ilin iyununda boşanmaları barədə qərarı açıqlayıblar. Onların Mariya və Yekaterina adlı iki qızı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm