Dünya
Pentaqon Avropada yeni müdafiə sistemini müzakirə edəcək
ABŞ Müdafiə naziri Eşton Karter NATO müttəfiqləri ilə şərqdə Rusiyadan, cənubda isə İslam Dövləti qrupundan gələn yeni təhlükələrə cavab strategiyasını müzakirə etmək üçün bu həftə Avropaya səfər edəcək.
Publika.az xəbər verir ki, o, müttəfiqləri Avropanın qarşılaşdığı təhlükələrə cavab vermək üçün birgə işləməyə təşviq etmək məqsədilə Almaniya, Estoniya və Belçika rəsmiləri ilə görüşlər keçirəcək.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Eşton Karterin NATO-nu Rusiyanın Krımı ilhaq etməsi və Ukraynada separatçılara dəstək verməsinin ardınca “soyuq müharibə dövrünün sxemini hazırlamağa” çağıracağı gözlənilir.
NATO-nun iclasında müdafiə nazirləri alyansın İraqda İslam Dövləti qrupuna qarşı mübarizədə iştirakının artırılması planını da müzakirə edəcəklər.
Eşton Karter eyni zamanda, ABŞ-ın Şərqi Avrpopada bir briqadanın hərbi təlimlər və başqa təlim proqramlarına hazırlaşdırmaq məqsədilə kifayət sayda tank, hərbi maşınlar və başqa hərbi texnika ilə təchiz edilməsi təklifini də müzakirə etməlidir. ABŞ müdafiə naziri hələlik bu təklifi rəsmən təsdiq etməyib. Rəsmilər isə hərbi texnikanın haraya göndəriləcəyi haqda bir söz deməsə də, bu ölkənin Rusiya ilə sərhəddə yerləşən Polşa olacağına işarələr var.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu