İran üçün son 8 gün: Nəhənglər “yağlı tikə”ni udmağa hazırlaşır
Bizi izləyin

Dünya

İran üçün son 8 gün: Nəhənglər “yağlı tikə”ni udmağa hazırlaşır

İranın nüvə proqramı üzrə Tehran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) arasında danışıqlar final mərhələsinə daxil olur.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, danışıqların final raundu bu gün Vyanada başlayır və 30 iyuna kimi başa çatmalıdır.

Ekspertlər əmindirlər ki, Tehran və dünya cəmiyyətinin qarşıdurma dövrü sona yaxınlaşır. İqtisadi sanksiyaların ləğvindən sonra İran Qərbin neft-qaz korporasiyaları ilə əlverişli müqavilələr imzalamağa hazırdır.

Prosesdə iştirak edən diplomatların məlumatına görə, nüvə proqramı üzrə müzakirələr çərçivəsində 6-7 texniki məsələ həll edilməyib. Rusiyalı ekspert Andrey Bakliskiy sanksiyaların ləğvi ardıcıllığı, razılaşmanın pozulacağı halda sanksiyaların yenidən tətbiq edilməsi mexanizmi, İranın üzərinə götürdüyü öhdəliklərin icrasının və hərbi obyektlərin yoxlanılması mexanizmi ilə bağlı məsələlərdə ümumi rəy olmadığını bildirib.

İranın nüvə proqramı ilə bağlı razılaşma üçün təyin olunan müddət iyunun 30-da başa çatır. Ancaq danışıqların iştirakçıları əlavə vaxta ehtiyacın olacağını istisna etmirlər. Beynəlxalq sanksiyaların ləğvi İranın beynəlxalq təcridinə son qoyacaq və zəngin neft-qaz ehtiyatları olan İranı dünya iqtisadiyyatının vacib iştirakçısına çevirəcək. İranın Milli Neft Şirkətinin maliyyə və investisiyalar üzrə şöbəsinin vitse-prezidenti Əli Kardor “The Wall Street Journal”a müsahibəsində bildirib ki, ölkəsi sanksiyaların ləğvindən sonra Qərbin neft-qaz nəhənglərinə əlverişli müqavilələr təklif etməyə hazırdır. Qərb şirkətləri sanksiyaların 2010-cu ildə sərtləşdirilməsindən sonra İrandan gediblər və hazırda səbirsizliklə İran və “altılıq” arasında yekun razılaşmanın imzalanmasını gözləyirlər. İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun vitse-prezidenti Amir Xoseynanın sözlərinə görə, sanksiyaların ləğvindən sonra İranın energetika sektoruna ən yaxın altı il ərzində azı 185 milyard dollar investisiya tələb olunacaq.

Nüvə razılaşmasının imzalanmasını səbirsizliklə gözləyən daha bir ölkə Rusiyadır. Bu ölkədə hesab edirlər ki, Rusiya sanksiyaların ləğvindən xeyli uda bilər. Dünya energetika bazarlarında ciddi rəqabətin olmasına baxmayaraq, Moskva İranda böyük layihələrə ümid edir. Bunlardan ən gəlirlisi “Buşehr-2” Atom Elektrik Stansiyasının tikilməsi ola bilər. Moskva həmçinin Tehranla hərbi-texniki sahədə əməkdaşlıqdan böyük pullar qazanmaq niyyətindədir. Ekspertlərin qiymətləndirməsinə görə, Moskva üçün yaxın iki ildə Moskva üçün potensial müqavilələrin dəyəri ən azı 20 milyard dollar təşkil edə bilər. Bütovlükdə, Rusiya və İran 70 milyard dollarlıq birgə layihələr paketini hazırlayıb.

Bundan başqa, ən yaxın perspektivdə Tehran Şanxay Əməkdaşlıq Təşkilatına daxil ola bilər. Moskva Qərblə qarşıdurma fonunda İran kimi regional gücün sözügedən təşkilata üzvlüyünə böyük əhəmiyyəti verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm