Putinin adamı: “İrəvanda qan töküləcək”
Bizi izləyin

Dünya

Putinin adamı: “İrəvanda qan töküləcək”

Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, Kremlə çox yaxın olan politoloq Sergey Markov İrəvandakı etiraz aksiyası ilə bağlı şok bir iddia səsləndirib.

Publika.az xəbər verir ki, politoloq “Facebook” səhifəsində İrəvanda nümayişçilərin arasında Ukraynadan da çoxlu döyüşçülər və xaricdən idarə olunan siyasi texnoloqların olduğunu yazıb.

“Ermənistanda insanlar elektrik enerjisinin qiymətinin artırılmasına etiraz olaraq ayağa qalxıb, amma bu bəhanədir. Əsas məqsəd “rəngli inqilab” vasitəsilə hakimiyyətin tutulmasıdır. Ermənistanda güclü müxalifət var və hakimiyyəti ələ keçirməyə çoxdan hazırlaşırlar. Nümayişçilərdə Avropa Birliyinin çoxlu bayrağı, hətta “Sağ sektor”un qırmızı bayraqları var. Hazırlanan on döyüşçü polis zəncirini dağıdır. Əgər nümayişçilər geri çəkilməsə, hakimiyyət Yanukoviçin taleyini xatırlayaraq güclə cavab verəcək. İrəvana bu hücum gözlənilirdi. Avrasiya İqtisadi İttifaqına daxil olan Ermənistana cavab gözlənilən idi. Yəqin nümayişçilərin arasında Ukraynadan çoxlu döyüşçü, həmçinin qərargahı xaricdə olan siyasi texnoloqlar var. Hələlik bu faktlar görünmür, amma yəqin ki, onlar çıxacaqlar. Hər şey texnolojidir, təşkilatçıların əsas məqsədi qanın tökülməsinə nail olmaqdır”, - Sergey Markov yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm