Ərdoğanın pencəyi Ermənistanı qarışdırdı
Bizi izləyin

Dünya

Ərdoğanın pencəyi Ermənistanı qarışdırdı

Ermənistanın Sünik vilayətinin qubernatoru Surik Xaçatryanın geyindiyi pencək ölkədə ciddi müzakirə mövzusu olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qubernatorun vilayətdə keçirilən bir fevtivalda geyindiyi pencək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pencəyinə bənzədilib.

Pencəyinin Ərdoğanın pencəyinə bənzədilməsi qubernatorun xoşuna gəlməyib.

“Daşnaksütyun” Partiyasının mətbuat orqanı olan “Yerkir”in əməkdaşı pencəyin Türkiyənin “Saral” şirkətinin istehsalı olduğunu düşünərək festivalın sonunda Xaçatryandan pencəyi istehsal edən şirkətin adını soruşub. Sualın cavabını yazılı şəkildə mütləq göndərəcəyini söyləyən qubernator jurnalistin “bu pencəyin bənzərini Ərdoğan geyinir, xəbəriniz varmı?” sualından sonra hirslənib.

Qubernatorun “Sən öz paltarlarını Ərdoğanın arvadının paltarları ilə müqayisə et” şəklində cavabı ictimaiyyət tərəfindən sərt qarşılanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm