Sarkisyan geri çəkildi: Tariflər 6 aylıq dondurulacaq
Bizi izləyin

Dünya

Sarkisyan geri çəkildi: Tariflər 6 aylıq dondurulacaq

“Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin auditi üç aydan altı aya qədər davam edəcək.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin aparat rəhbəri David Arutunyan bildirib.

“Bütün bu vaxt ərzində elektrik enerjisi tariflərin artımı əhaliyə maddi yardım kimi veriləcək”, - Arutunyan deyib.

Onun sözlərinə görə, auditin əsas hədəfi tariflərin artımının iqtisadi əsaslandırılmasını yoxlamaqdır. David Arutunyan qeyd edib ki, artım əsaslandırılmasa, hökumətin kompensasiyalar üçün xərclədiyi bütün vəsaitlər “Ermənistanın Elektrik Şəbəkəsi” şirkətindən alınacaq.

İyunun 26-da iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyanın həmsədri, Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Görüşdə “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin fəaliyyətinin müstəqil auditi haqqında razılıq əldə olunub.

Xatırladaq ki, “Ermənistan Elektrik Şəbəkəsi” elektrik enerjisi qiymətlərinin artırılması ilə bağlı ölkənin Tarif Şurasına mayın əvvəlində müraciət edib. Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın "İnter RAO EES" (Rusiya Energetika və Elektrikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkətinə daxildir. “Ermənistan Elektrik Şəbəkəsi” qiymətin qaldırılması zərurətini dramın dollar qarşısında dəyərini itirməsi, həmçinin ötən il “Metsamor” Atom Elektrik Stansiyasının işinin dayandırılması ilə izah edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm