Türkiyədə ilk dəfə prezidenti xalqın seçəcəyi gün elan edildi
Bizi izləyin

Dünya

Türkiyədə ilk dəfə prezidenti xalqın seçəcəyi gün elan edildi

Türkiyə Yüksək Seçki Qurumu prezident seçkilərinin ilk turunun 2015-ci il avqustun 10-da, ikinci turunun isə avqustun 24-də keçirilməsinə qərar verib.

Türkiyə Yüksək Seçki Qurumu prezident seçkilərinin ilk turunun 2015-ci il avqustun 10-da, ikinci turunun isə avqustun 24-də keçirilməsinə qərar verib.

Bu qərar YSQ-nın prezident seçkiləri ilə bağlı xüsusi komissiyasının martın 7-də keçirilən yığıncağında qəbul olunub.

Yada salaq ki, parlament respublikası olan Türkiyə tarixində ilk dəfə olaraq, prezidenti xalq seçəcək. Seçkilərə xaricdəki Türkiyə vətəndaşları da qoşula biləcəklər.

İlkin hesablamalara görə, Türkiyənin dünyanın 60 ölkəsindəki diplomatik nümayəndəliklərində seçki məntəqələri yaradılacaq.

Ekspertlər hesab edirlər ki, seçkidə əsas mübarizə indiki prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan arasında gedəcək. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm