Dünya
İŞİD söz verdi: İsrail məhv ediləcək - MÜRACİƏT
“İslam dövləti” (İŞİD) terror qruplaşması İsraili məhv etmək və Qəzzanı tutmaq niyyətindədir.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İŞİD-in internetdə yaydığı videomüraciətində deyilir.
“Biz yəhudi dövlətinin kökünü kəsəcəyik, HƏMAS və Fəth təşkilatlarını hakimiyyətdən kənarlaşdıracağıq. Biz regionu “İslam dövləti”nin bir əyalətinə çevirəcəyik. Şəriət qaydaları Qəzzada da tətbiq olunacaq. Biz and içirik ki, bu gün “İslam dövləti”ində baş verənlər Yarmık və Qəzzada da baş verəcək”, - videomüraciətdə qeyd edilir.
Qeyd edək ki, Yarmık Fələstin qaçqınlarının Dəməşq yaxınlığında yerləşən düşərgəsidir.
İŞİD hesab edir ki, “İran və ABŞ-ın köməkçiləri” olan HƏMAS liderləri 8 illik idarəçiliyi dövründə Qəzzada Allahın heç bir fətvasını reallaşdıra bilməyiblər. Videomüraciətdə deyilir ki, yalnız raket atəşləri HƏMAS-ın bəraətinə kömək edə bilməz.
Ömər Dağlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı