Dünya
Obamadan tarixi etiraf: “Sanksiyalarımız işləmədi”
ABŞ və Kuba arasında diplomatik münasibətlər bərpa olunub.
Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama xüsusi müraciətlə çıxışı zamanı bildirib.
“Soyuq müharibə”nin qızğın vaxtında – 52 il əvvəl ABŞ-ın Havanadakı səfirliyininin bağlandığını xatırladan Obama qeyd edib ki, ABŞ Kuba ilə diplomatik münasibətləri bərpa etməyə razılaşıb.
Gözləntilərin əksinə olaraq, Obama səfirliklərin açılışı üçün dəqiq tarixi açıqlamayıb. Daha əvvəl isə səfirliklərin iyulun 20-də açılacağı bildirilmişdi. Prezident qarşıdakı aylarda ABŞ dövlət katibi Con Kerrinin Havanaya səfər edəcəyini deyib.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, diplomatik münasibətlərin bərpa olunmasına baxmayaraq, ABŞ və Kuba arasında fikir ayrılıqları qalacaq. O, qeyd edib ki, Vaşinqton söz azadlığı və sərbəst toplaşmaq hüquqları kimi ümumbəşəri dəyərləri dəstəkləməyə davam edəcək.
Obama etiraf edib ki, ABŞ-ın Kuba ilə bağlı həyata keçirdiyi sanksiya siyasəti işləməyib.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR