Kerri dünyanı qorxutdu: “Razılaşma olmayacaq, əgər...”
Bizi izləyin

Dünya

Kerri dünyanı qorxutdu: “Razılaşma olmayacaq, əgər...”

“Altılıq” ölkələri İranla saziş bağlamağa heç vaxt bu qədər yaxın olmayıb”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Con Kerri deyib.

“Bu axşam mənim həmkarlarım Vyanaya qayıdırlar. Son bir neçə gün ərzində əsl irəliləyişə nail olduq. Amma hamı anlasın ki, biz indiyə qədər ən mürəkkəb məsələləri uyğunlaşdırmadıq. Eyni zamanda İranın xarici işlər naziri Cavad Zəriflə tamamilə razıyam ki, biz sazişə heç vaxt bu qədər yaxın olmamışdıq”, - Kerri bildirib.

Dövlət katibi qeyd edib ki, “altılıq” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) və İran gələn həftə razılaşmaya nail ola bilər: “Əgər tezliklə ağır qərarlar qəbul edilərsə, İranın nüvə proqramı üzrə saziş gələn həftə bağlana bilər. Əgər bu qərarlar qəbul edilməsə, razılaşma olmayacaq”.

Qeyd edək ki, yekun sənəd 30 iyuna qədər hazırlanmalı idi. Ancaq tərəflər danışıqların 7 iyul tarixinə kimi uzadılması barədə qərar veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm