Bir gündə ikinci zərbə: Tehran da qələminı qırdı
Bizi izləyin

Dünya

Bir gündə ikinci zərbə: Tehran da qələminı qırdı

ABŞ prezidenti Barak Obamanın bəyanatından bir neçə saat sonra Suriya prezidenti Bəşər Əsədin ən böyük dəstəkçilərindən olan Tehrandan da şok bəyanat gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər nazirinin Yaxın Şərq üzrə köməkçisi Əmir Abdullah Suriyada Əsədin qalması üçün israr etmədiklərini açıqlayıb.

Terrorçulara və xarici güclərə qarşı olduğunu söyləyən Əmir Abdullah Suriya hökumətinin xahişi ilə bu ölkəyə hərbi məsləhətçiləri göndərdiyini deyib. O, iddiaların əksinə Suriyada İran ordusunun olmadığını deyib.

Qeyd edək ki, Barak Obama dünən verdiyi açıqlamasında Suriyada vətəndaş müharibəsini sona çatdıracaq və xalqı İŞİD-ə qarşı birləşdirəcək tək yolun Bəşər Əsədin olmadığı yeni bir hökumət olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm