Ekologiya
Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var
Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var, həmin yerlər Xəzər dənizində ən aktiv bölgələrdir". Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.
"Orada zəlzələ olub və yenə də olacaq", - deyə Q. Yetirmişli qeyd
edib.
"Günəşli", "Ümid" və "Bahar" yataqları ətrafında, platformaların
üstündə dənizdibi stansiyalar nə zaman quraşdırılacaq?" sualına
cavab olaraq direktor qeyd edib ki, həmin stansiyalar alınıb, lakin
quraşdırılmayıb: "Bu mənada bizim maliyyə cəhətdən çətinliyimiz
var. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Hətta
stansiyalar alınıb, gətirilib, 3 ilə yaxındır bizim təşkilatın
anbarındadır".
Qeyd edək ki, noyabrın 4-ü təxminən saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində "Günəşli" yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.
Xatırladaq ki, dəniz dibi stansiyasında olan məlumatların quruda olan stansiyalar kimi birbaşa peykdən mərkəzə ötürülmə imkanları mövcuddur. Stansiyalar dənizin dibində gedən bütün proseslər, Xəzərin seysmikliyinin qiymətləndirilməsi, geodinamik proseslərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."