Ağstafaya yağan güclü dolu təsərrüfata ziyan vurdu
Bizi izləyin

Ekologiya

Ağstafaya yağan güclü dolu təsərrüfata ziyan vurdu

Güclü yağış və dolu fəsadlar törədib.

Ağstafa rayonunda yağan güclü dolu və leysan yağışı təsərrüfata ziyan vurub.

Publika.az xəbər verir ki, günorta saatlarından başlayaraq yağan güclü yağış və dolu rayonun, əsasən Eynallı, Köçəsgər və Vurğun kəndlərində fəsadlar törədib.

Dolu düşməsi nəticəsində çiyələk sahələrinə və bir çox meyvə ağaclarına ziyan dəyib. Saatlardı yağan leysan yağışı əkin sahələrinə də ziyan vurub.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da hava yağıntılıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm