Havada tozun miqdarı normadan 40 faiz çoxdur - NAZİRLİK
Bizi izləyin

Ekologiya

Havada tozun miqdarı normadan 40 faiz çoxdur - NAZİRLİK

Ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıqdır.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin bu gün səhər saatlarında apardığı monitorinqlərin nəticələrində bildirilib.

Məlumatda bildirilir ki, buna səbəb yay fəslinin çox quraq keçməsi və ölkə ərazisinə daxil olan güclü şimal-qərb küləyinin təsiri nəticəsində yerin üst qatında olan tozun atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Müşahidə olunan toz tranzit gətirmə deyil.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görəgünorta və axşam saatlarına doğru tozun havada miqdarının sanitar normadan 30-40 faiz artıq olduğu qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm