Ekologiya
Bu həftə qar yağacaqmı?
"Əvvəlki illərdə də yanvar-fevral aylarında mülayim hava şəraiti müşahidə olunub. Heç bir anomal hava şəraiti kimi qeydə alınmır".
Publika.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, hazırda fevral ayı olmasına baxmayaraq, havanın temperaturu 10-12 dərəcə arasında dəyişir: "Əvvəlki illərdə də bu cür mülayim-isti hava şəraiti qeydə alınıb. Son bir neçə gündür mülayim hava şəraitinin hökm sürməsinə baxmayaraq, sabahdan hava şəraiti qısa müddətə dəyişəcək. Havanın temperaturu bu günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında mülayim şimal küləyi müşahidə olunacaq. Günün ikinci yarısından sonra şimal-şərq küləyi ilə əvəz olunacaq".
G.Məmmədova qeyd edib ki, paytaxtda yaxın 3-4 gün ərzində qar yağması gözlənilmir: "Əsasən yağıntılar olacaq. Fevralın 15-16-na doğru da eyni stabil hava şəraiti davam edəcək".
Könül Cəfərli
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq