Ekologiya
Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 19-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Mayın 20-si axşam, 21-də gün ərzində şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi