Elm və təhsil
AMEA ilə Səlcuq Universiteti arasında memorandum
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Səlcuq Universiteti (SU) Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcəklər.
Bu barədə Publika.az-a AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın Səlcuq Universiteti ilə əməkdaşlığının elm və təhsilin inteqrasiyasına təkan vermək, bu sahədə qarşılıqlı, faydalı münasibətləri qurmaq baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin səmimi qəbula görə məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib.
Sonra tərəflər əməkdaşlıqla bağlı müzakirə aparıblar. Razılığa əsasən, AMEA-dan magistrant və doktorantlar Mövlanə Mübadilə Proqramında iştirak edə biləcəklər. Sənəd akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, bu istiqamətdə layihə və inkişaf proqramlarının həyata keçirilməsini, o cümlədən tərəflər arasında kadr mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən hər iki qurum birgə elmi video konfrans və görüşlər də keçirəcəklər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR