Namizədlər müsahibə mərhələsində uğur qazana bilmir?
Bizi izləyin

Elm və təhsil

Namizədlər müsahibə mərhələsində uğur qazana bilmir?

Dövlət qulluğuna qəbulda müsahibə mərhələsində namizədlərin uğur qazana bilməməsinin səbəbləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, bu barədə məlumatlar "Dövlət qulluğu” jurnalının 4-cü nömrəsi nəşr edilib.

Jurnalda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilmiş test imtahanlarında yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə düzgün cavablandırılma göstəricisi aşağı olan test tapşırıqlarının bir qisminin düzgün cavablandırılması üçün izah və tövsiyələrin əks olunduğu material dərc olunub.

“Dövlət qulluğu” №4 jurnalında dərc olunan materiallardan biri də “Müsahibədə iştirak edən namizədlərə tövsiyələr”dir. Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrdə əldə edilən təcrübəyə əsasən, demək olar ki, bir çox hallarda namizədlərin müsahibə mərhələsində uğur qazana bilməmələrinin əsas səbəblərindən biri onların vəzifə seçimi edərkən, müsahibəyə hazırlaşarkən və bilavasitə müsahibə zamanı bəzi səhvlərə yol vermələridir. Bu sahədə namizədlərə kömək məqsədi ilə DİM tərəfindən namizədlərin tez-tez yol verdikləri səhvlərin qarşısını alacaq 15 bənddən ibarət tövsiyələr hazırl0anmışdır. Dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrin nəticələrinin DİM tərəfindən aparılan elmi-statistik təhlili əsasında hazırlanmış bu tövsiyələr vəzifələrin düzgün seçilməsi, seçim zamanı vakant vəzifələrin say çoxluğuna və təsadüfiliyə deyil, namizədlər üçün prioritet olan vəzifələrə üstünlük verilməsi, müsahibəyə hazırlıq, eyni zamanda müsahibə zamanı namizədin uğur qazanmasına səbəb ola bilən amilləri və digər zəruri məsələləri əhatə edir. Hesab edirik ki, müsahibə mərhələsindən uğurla keçməyə köməklik məqsədi ilə hazırlanmış bu metodik tövsiyələr onlar üçün faydalı olacaq.

Jurnalda namizədlərin marağına səbəb olacaq daha bir material – dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlərin adlı siyahısı dərc olunub. “Dövlət qulluğu” jurnalının bu sayında dərc olunan qanunvericilik bazasına aid normativ aktlar, statistik göstəricilər və statistik təhlillər, habelə digər məlumatlar və maarifləndirici materiallar da dövlət qulluğuna işə qəbul olmaq istəyən və ictimaiyyətin bu sahə ilə maraqlanan geniş auditoriyası üçün nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm