Elm və təhsil
"Kitabsevərlər" qrupundan bir İLK - - FOTOLAR
Mütaliə və kitab çapı sahəsində ölkəmizin ən aktiv və daimi toplumlarının önündə gələn “Kitabsevərlər” qrupu növbəti – 20-ci kitabını oxuculara təqdim edib.
Publika.az xəbər verir ki, bu, məşhur psixoanaliz Erix Frommun “Psixoanaliz və din” kitabıdır.
Kitabın ərsəyə gəlməsində birbaşa əməyi keçən naşir Fariz Bayramov Publika.az-a açıqlamasında bildirib ki, “Kitabsevərlər” qrupu ilk dəfədir psixologiya və din mövzusunda yazılan kitaba müraciət edir:
“Adətən, bədii ədəbiyyatla bağlı kitabların çapına üstünlük vermişik. Çünki qrupumuz məhz bu istiqamətdə ixtisaslaşıb və üzvlərimiz daha çox bədii ədəbiyyatı yaxşı bilirlər. Populyar elm və psixologiya ilə bağlı mütəxəssisimiz, təəssüf ki, yoxdur. Ancaq cəsarət edib bu mövzuya müraciət etdik. Bir neçə ay əvvəl kitabın tərcüməçisi Elmar Namaz bizə yazdı, çap etməyimizi istədi. Kitab ciddi redaktədən keçdi, korrektə olundu. Dörd aya yaxın bu kitabın üzərində işlər apardıq və nəhayət ki, işıq üzü gördü.
Əsər psixoanalitik traktatdır. Burada Erix Fromm psixonanalitika və dörd bəşəri dini tək-tək təhlil edir. Özündən əvvəlki psixoanalitikləri – Ziqmund Freyd və Karl Yunqun görüşlərini isə tənqid edir. Maraqlı və hər kəsin oxuya biləcəyi bir dildə yazılıb. Erix Frommun əsərləri dünya miqyasında çap olunur və böyük maraqla qarşılanır. Ona görə düşünürük ki, Azərbaycan oxucusunun da bu kitaba marağı az olmayacaq. Qiyməti də hər vətəndaşın cibinə münasibdir”.
F.Bayramov qeyd edib ki, qrup 2014-cü ildən başlayaraq kitab çapına təşəbbüs göstərir və bu günədək uşaq ədəbiyyatı üstünlük təşkil etməklə, 19 kitab oxuculara təqdim edilib:
“İlk dəfə gənc yazarlarımızın 14 hekayədən ibarət “İz” adlı kitabını çap etdik. Ondan sonra müxtəlif çeşiddə tərcümə və gənc yazarların kitablarını təqdim etdik. Bununla yanaşı, ağırlığı daha çox uşaq ədəbiyyatına veririk, onlar üçün daha çox işlər görməyə çalışırıq. Çünki biz və bizim yaşımızda olan insanların qatarı artıq yola düşüb. Biz də o qatarın arxasınca qaçırıq, ona çatmağa və bizdən sonra gələnləri o qatara toplamağa çalışırıq. Ancaq bizim getməyən bir qatarımız var: uşaqlar. O qatar hələ ki, yola düşməyib. Onu yaxşıca doldurub sonra yola salmaq lazımdır. Bizim də məqsədimiz budur ki, uşaqlarda mütaliə vərdişi yaradıb, gələcək üçün sağlam və intellektual bir nəsil yetişdirək. Bu baxımdan hər ay 2-3 kitabı müxtəlif məkətblərdə müzakirəyə qoyuruq. “Kitab al - kitab qazandır” kampaniyası çərçivəsində rayonlarda yaşayan, kitab almağa imkanı olmayanlara kitablar göndəririk. Düşünürük ki, bu gün uşaqlar üçün daha çox iş görmək lazımdır”.
Qeyd edək ki, “Psixoanaliz və din” kitabını şəhərin böyük kitab mağazalarından əldə edə bilərsiniz.
Zümrüd
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan