Neft şirkətləri yenə gəlir əldə edəcəklər
Bizi izləyin

Enerji

Neft şirkətləri yenə gəlir əldə edəcəklər

Böyük neft şirkətləri yenidən gəlir əldə etməyə başlayacaqlar.

Neftin qiyməti 55 dollar/barrel səviyyəsində qalarsa, böyük neft şirkətləri yenidən gəlir əldə etməyə başlayacaqlar.

Publika.az xəbər verir ki, bunu mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və konsaltinq şirkəti bəyan edib. Şirkətin hesabatında bildirilir ki, 2017-ci ildə neftin qiyməti 50 dollar/barrel səviyyəsindən aşağı düşərsə, həmin şirkətlər ötən 2 ildə olduğu kimi zərərlə işləyəcəklər.

Neftin qiymətində 55 dollar səviyyəsi neft və qaz sektorunun yenidən dirçəlməsi üçün ən optimal variantdır. 2017-ci ildə neftin qiymətinin orta hesabla 57 dollar/barrel səviyyəsində olması sektorun 75 faizinin xeyrinə olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm