“Qazprom” Avropaya satacağı qazın qiymətini qaldırmaq istəyir
Bizi izləyin

Enerji

“Qazprom” Avropaya satacağı qazın qiymətini qaldırmaq istəyir

180-190 dollara yüksəltməyi qərarlaşdırır.

“Qazprom” 2017-ci ildə Avropaya satdığı qazın 1000 kubmetrini 180-190 dollara yüksəltməyi qərarlaşdırır.

Publika.az xəbər verir ki, şirkətin 2016-cı ildə Avropaya satdığı qazın 1000 kub metrinin dəyəri 167 dollar təşkil edib. Şirkətin sədr müavini Aleksandr Medvedev bildirib ki, 2016-cı ildə MDB və Baltik ölkələrinə çatdırmaların orta qiyməti 152 dollar olub.

Onu da bildirək ki, 2017-ci ildə “Qazprom ”un Avropa ölkələrinə 180 milyard kubmetr qaz satması gözlənilir. Ötən il bu rəqəm 179,3 milyard kubmetr olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm