Foto
Yeni qeyri-adi hotellər - FOTOLAR
Cari ilin əvvəlindən dünya ölkələrində bir çox yeni hotel və hostellər istifadəyə verilib. Onların arasında qeyri-ənənəvi olanlar da var.
Yeni qeyri-adi mehmanxanaları təqdim edirik:
Yaponiyanın Tiba prefekturasında martın ortalarında istifadəyə verilən "Henn na Hotel". Hotelin heç bir əməkdaşı yoxdur.
Yük konteynerlərindən yığılmış "Quadrum" hoteli martın əvvəlində Gürcüstanda, Yuxarı Qudauridə açılıb. Hoteldə bir yerlik, ailəvi və lüks nömrələr təklif edilir. Sizin xidmətində hovuz və sauna da var.
Yaponiyanın Kioto şəhərində "The Book and Bed Tokyo-Kyoto" hostelində yataq yerləri kitab rəfləri ilə təchiz edilib.
Dünyada xilasetmə qülləsində düzəldilmiş ilk mehmanxana Təl-Əviv sahillərində yerləşir. Qüllə ikimərtəbəli lüks otaqdan, cakuzidən ibarətdir. Mehmanxanada səhər yeməyi də verilir.
"The 7th Room" hoteli Laplandiyada meşə ərazisində tikilib. Ənənəvi Skandinaviya evlərini xatırladan bina ağaclar arasında, 12 sütun üzərində 10 metr hündürlükdə yerləşir. Ümumi sahəsi 55 kv.m-dir.
Maldiv adalarında tez-tez təmtəraqlı hotellər açılır. Lakin 5 ulduzlu "Hurawalhi Island Resort" hoteli 6 metr dərinlikdə yerləşən sualtı restoranı ilə fərqlənir. Burada dəniz məhsullarını həm menyudan, həm də, sözün əsl mənasında, hər tərəfdən seçmək olar...
İspaniyanın "In-Tenta" dizayner şirkəti hotel deyil, istənilən yerdə quraşdırıla bilən portativ mehmanxana nömrə hazırlayıb.
Sinqapurun mərkəzində ilin əvvəlində ilk qonaqlarını qəbul edən "Oasia" çiçək-hotel. 27 mərtəbəli binanın fasadını otlar örtüb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR