Kirpikləri gur göstərən 10 ən yaxşı tuş - FOTOLAR
Bizi izləyin

Gözəllik

Kirpikləri gur göstərən 10 ən yaxşı tuş - FOTOLAR

Siz də ən cazibədar modellər kimi dərin baxışlara sahib olmaq istəyirsiniz? Yüzlərlə müxtəlif variantı nəzərdən keçirsəniz də, hələ də öz arzuladığınız tuşu tapmamısınız?

Publika.az-ın gözəllik bölməsi bu məsələdə sizə kömək etmək qərarına gəlib. Biz mövsümün 10 ən yaxşı tuşunu və onların xüsusiyyətlərini təqdim edirik:

1. “Cils D'enfer So Volume”dan “Guerlain”

Xoş və yumşaq teksturaya malikdir, hər bir kirpiyə ideal şəkildə yayılır. Kirpikləri bir-birinə bitişdirmədən bir neçə qat çəkməyə imkan verir, həm də onları effektli göstərir. Daha bir üstünlüyü isə qızılgül qoxulu olmasıdır.

2. “L'Oreal Paris”-dən “Feline”

Plastik əyri fırçası hətta ən nazik kirpikləri də rəngləyir. Buna görə də baxışları daha nüfuzedici göstərir. Üstəgəl, əyri fırçası ilə kirpikləri burur.

3. “Dior”-dan “Diorshow”

Yumşaq, istifadə üçün rahat fırçaya malik olan tuş hər kirpiyi həqiqətən nəzərəçarpacaq dərəcədə gurlaşdırır. Nəfis qutusu xüsusi sistemlə təchiz edilib, açıb bağladıqda havanın içəri daxil olmasına mane olur. Bu da o deməkdir ki, tuş qurumayacaq!

4. “Maybelline New York”-dan “Lash Sensational Mascara”

Maksimum uzunluq və maksimum həcm əldə etnək istəyirsiniz? Onda bu tuşdan istifadə edin. Vizajistlər bu effekti əldə etmək üçün “Lash Sensational Mascara” tuşlarını təklif edirlər. Qeyri-adi fırça hər kirpikyə çox rahat yayılır. Tuş sadəcə, isti su ilə rahat yuyulur.

5. “Dolce & Gabbana”-dan “Black Intensity Mascara”

Kömür kimi qara tuş kirpiklərə hərtərəfli effekt verir: həm həmcli, həm də qalın göstərir. İpək və möhkəm tekstura sayəsində tuş qurumur, unikal formulası kirpiklərə asanlıqla çəkilir.

6. “Yves Saint Laurent”-dən “Mascara Volume Effet Faux Cils”

Süni kirpik effekti verən tuşdur. Bu adi reklam fırıldağı deyil, o həqiqətən də kirpikləri olduğandan qat-qat gur və qalın göstərməyi bacarır. Sıx tüklü fırçası yumşaq kirpiklərə rahat yayılır.

7. “Smashbox”-dan “Full Explosure”

Bu dayanıqlı tuş kirpikləri uzadır, onların həcmini isə düz iki dəfə artırır! Peşəkar vizajistlər nahaq yerə ona üstünlük vermirlər. O, həm də nazik kirpikləri qalınlaşdırır. Əla keyfiyyətdir!

8. “Helena Rubinstein” -dan “Lash Queen Perfect Blacks”

Həssas krem teksturasına malik olan tuş kirpiklərə həcm verir, amma onları ağırlaşdırmır və diblərini qurutmur. Bu tuş hər bir xanıma qara qısa don kimi lazımlıdır.

9. “La Roche-Posay”-dan “Respectissime Densifieur”

Kirpiklər üçün əsl müalicəvi tuşdur. Onun tərkibində kirpikləri stimullaşdıran və uzadan zərdab var, habelə suya davamlıdır. Hamı üçün, o cümlədən həssas gözlər və kontakt linza daşıyıcısı üçün əvəzolunmazdır. Ən önəmlisi isə bu tuş gözləri heç vaxt qıcıqlandırmır.

10. “MAC”-dan “Extended Play Lash”

Rahat fırçası olan tuş hətta ən nazik və qısa kirpiklərə həcm verir. Asanlıqla yuyulur. 16 saata qədər saxlanılır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm