• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Bu qadın məni ruhlandırır” - FOTOLAR

“Bu qadın məni ruhlandırır” - FOTOLAR

“Victorias Secret”-in 26 yaşlı mələyi Kendis Sveynpol Britaniyanın “Vogue” jurnalına müsahibə verib. Publika.az xəbər verir ki, model müsahibəsində gözəllik sirlərindən danışıb.

Dünya şöhrətli model bildirib ki, makiyajını təmizləmək üçün təbii vasitələrdən istifadə edir. Məsələn, hər gecə yatmazdan əvvəl üzünü hindqozu yağı ilə təmizləyir. O, "Hindqozu yağı dərinin bərpası üçün hər cəhətdən gözəl məhsuldur! Dəriyə hamarlıq və parlaqlıq verir. Ən əsası odur ki, anam mənə dəriyə vaxtında qulluq etməyi öyrədib. Gün ərzində nə qədər yorulsam da, heç vaxt makiyajla yatmaram”, - deyib.

Kendis makiyaj etməyi bacarmasa də, vizaj ustalarından üzünü tonlaşdırmağı öyrənib. O, "Makiyajda düzgün çalarları və rəngləri seçmək çox vacibdir. Başqa bir adama yaraşan tonlar sənin üzünə yaraşmaya bilər” - söyləyib.

Model dağınıq saç düzümünü xoşladığını bildirib. Onun sözlərinə görə, saçının dağınıq olması üçün saç spreyindən istifadə edir.

Kendis öz qəşəng bədənini formada saxlamaq üçün yoqa, pilates və boksla məşğul olur:

"Mənim Nyu-Yorkda şəxsi məşqçim var. Biz 8 ildir ki, birlikdə işləyirik. Əlbəttə, bu müddətdə məşq proqramı xeyli dəyişib. İndi mən yoqa və pilateslə daha çox məşğul oluram, onlar məni sakitləşdirir və meditasiyaya hazırlayır”.

Xatırladaq ki, artıq neçə mövsümdür Kendis “Max Factor” brendinin simasıdır. O, markanın payız reklam kampaniyasında Merilin Monro obrazında təqdim olunub. Canlandırdığı obrazı isə belə ifadə edib:

"Merilin dünyanın hər yerində bütün qadınlar üçün gözəllik və stil ikonası olub. Bu obrazı yaratmaq üçün vizajistlər və saç ustalarına yarım saat vaxt lazım oldu. Məni Merilin Monrodan başqa, 90-cı illərin super modelləri, xüsusilə, Linda Yevanqelista da çox ruhlandırır!”

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR