Gözəllik
Dərinizin parlaq, ləkəsiz və sağlam olmasını istəyirsinizsə...
Dərinin tər və yağ ifrazatından ibarət qoruyucu təbəqəsi
var. Dərinin təbii kremi sayılan həmin təbəqə ətraf mühitin
təsirindən onu qorusa da, bu, kifayət etmir. Bəs, dərimizi necə
qoruya bilərik?
Publika.az tövsiyə edir ki, mövsümdən asılı
olmayaraq, günə mütləq ən az 15SPF qoruma faktoru olan nəmləndirici
krem çəkərək başlayın:
1. Üzünüzü əsla günəşə çevirməyin.
2. Kəskin hava şəraitində xüsusi kremlər çəkin.
3. Bədənə zəhər daşıyan hər cür vərdişi (siqaret, spirtli içki)
tərgidin.
4. İşiniz kimyəvi maddələrlə birbaşa bağlıdırsa, iş prosesində
maska taxın.
5. Su için.
Dərimizi necə təmizləyə bilərik?
Külək, çirkli ətraf mühit, zərərli günəş şüaları, stress,
kondisionerli otaq, fərqli hava şəraiti, xalçadan uçan sintetik
tüklərdən tutmuş istifadə etdiyiniz yuyucu vasitələrə qədər hər şey
dərinizi korlayır. Bunun üçün hər gün makiyaj etsəniz də, etməsəniz
də, dərinizi təmizləməlisiniz. Dərinin təbii təbəqəsinə zərər
vermədən təmizləməyiniz üçün süd, gel və ya sabun şəklində xüsusi
kosmetik vasitələr hazırlanıb.
Dərimizi necə qidalandıraq?
Dəriniz də digər orqanlarınız kimi gündüz yaşayır, gecə isə
istirahətə və özünübərpaya çəkilir. Odur ki, orqanizmdə hüceyrə
yenilənməsi gecələr baş verir. Qidalandırıcı kremlərin gecə
istifadəsinin səbəbi də budur.
Dəriyə təzə qalmağa kömək edən aktiv maddələr gecə kremləriylə yedirilir. Buna görə də gündüz çəkdiyiniz gecə kremindən, yaxud gecə çəkdiyiniz bir nəmləndiricidən heç bir təsir gözləməyin. Dərini sadəcə, gecə kremləriylə qidalandırmaq olar.
Kremlərin təsiri həm də onların dərinizə uyğun olub-olmadığından
asılıdır. Məsələn, yağlı dəriyə yağ ifrazatını tənzimləyən, aktiv
maddələri olan kremlərlə, həssas və alergik dəriyə imunitet
sistemini gücləndirən gecə kremləriylə quluq edin. Dəriniz
sallanmağa və bozarmağa başlayıbsa, toxumanı qüvvətləndirən,
qırışların aradan qaldırılmasına kömək edən, aktiv maddələri olan
kremlərdən istifadə edə bilərsiniz. Dəriniz ləkəli və cansızdırsa,
köməkçi kimyəvi maddələri olan kremlərə üstünlük verin ki, tez
effekt əldə edəsiniz.
Kosmetikalar içərisində yeni inqilab olan iynələr də var. Kremdən
300 dəfə tez dəri altına nüfuz etdiklərindən təcili
bərpadaəvəzsizdirlər. Adətən, təkbaşına istifadə olunan həmin
iynələr mütləq hər hansı bir kremlə dəktəklənməlidir.
Stress məsələsini də unutmayın. Stress bədənin qidalardan vacib
vitamin və mineralları almaq gücünü azaldır, immunitet sistemini
zəiflədir. Sizi viruslara və mikroblara qarşı müdafiəsiz buraxır.
Odur ki, dərinizə qulluq etmək fikrinə düşəndə mütləq ruhunuza da
qulluq edin.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan