Saçları tez yağlanan xanımlar, MÜTLƏQ OXUYUN!
Bizi izləyin

Gözəllik

Saçları tez yağlanan xanımlar, MÜTLƏQ OXUYUN!

Tez yağlanan saçlar saç modelinin pozulmasına, saçın çirkli və solğun görünməsinə səbəb olur.

Tez yağlanan saçlar saç modelinin pozulmasına, saçın çirkli və solğun görünməsinə səbəb olur. Lakin bir çox üsullardan istifadə edərək, saçların yağlanmasına səbəb olan problemləri aradan qaldıra bilərsiniz.

Çox toxunmaq

Saçları tez-tez daramaq və əl vurmaq tez yağlanan saçların başlıca səbəblərindən biridir. Saçlarla ​​oynadıqda əllərdə olan tər, yağ və çirklər saçların yağlanmasına yol açır. Tez-tez daramaq da yağ istehsalını artırır.

İsti su ilə yumaq

İsti su saç dərisini qurudaraq çox yağlanmasına səbəb olur. Bu səbəbdən də saçlarınızı yuduğunuz suyun isti olmamasına diqqət edin. Soyuq su istifadə edə bilmirsinizsə, ilıq su ilə yuyun.

Kremli şampunlardan uzaq durun

Doğru şampun seçmək hər saç tipi üçün çox əhəmiyyətlidir. Yağlı saçları olanlar da saçlarının tez yağlanmaması üçün kremli şampunlardan uzaq durmalıdırlar. Eyni zamanda, saçlarınızı yaxşı islatmağa da diqqət yetirməlisiniz. Yaxşı durulanmayan saç da tez yağlanır. Həftədə 1-2 dəfə kəpəyə qarşı şampun istifadə edin.

Saçları tez-tez düzləşdirmək

Düz saçlar başa yapışıq qaldığı üçün tez yağlanır. İstilik da yağ istehsalını artırır. Buna görə də hər duşdan sonra saçı düzləşdirmə vərdişindən imtina edin. Fendən də az istifadə edin.

Qidalanmaya diqqət edin

Həddindən artıq yağ istehsalına səbəb olan, dərini yağlandıran yeməklərdən uzaq durun. Yağlı dəri yağlı saçlar deməkdir. Saçları tez yağlanan insanlar xüsusilə "fast-food" yeməkdən qaçmalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm