Şahzadənin nişanlısı indi də burnu ilə GÜNDƏMƏ GƏLDİ – FOTO
Bizi izləyin

Gözəllik

Şahzadənin nişanlısı indi də burnu ilə GÜNDƏMƏ GƏLDİ – FOTO

Böyük Britaniya Şahzadəsi Harri ilə nişanlanan aktrisa Meqan Markl indi də burnu ilə diqqət mərkəzindədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Meqan Marklın geyim tərzi neçə gündür ki, dünya mətbuatını məşğul edir. Hətta bir çox qızların onun üslubunu təkrarlamaq istəyi heç kimdə təəccüb doğurmur. Çünki şahzadə Harrinin gələcək həyat yoldaşının qarderobu həqiqətən çox maraqlıdır. Amma amerikalı aktrisanın pərəstişkarları bununla kifayətlənməyiblər, estetik həvəskarlarının Meqana oxşamaq arzusu artıq demək olar ki, absurd həddə çatıb. Belə ki, qızlar indi də onun burun quruluşunu təqlid etmək istəyir.

Bu barədə məşhur plastik cərrah Devid Kancello məlumat verib. Onun sözlərinə görə, son vaxtlar yanına gələn xəstələr burunlarını əməliyyatla eynilə Meqan Marklın burnu kimi etməyi xahiş edib. Yeri gəlmişkən, bu da heç təəccüblü deyil. Meqanın çox səliqəli balaca burnu qibtə mövzusudur. Meqanın burun forması onun üz cizgiləriylə ideal uyğunlaşır.

Lakin cərrah bildirib ki, Meqanın gözəlliyinə diqqət bu yaxınlarda artıb. Bu da məlum nişan mərasimindən sonraya təsadüf edir. O, həmçinin qeyd edib ki, onun pasientləri arasında Keyt Bekinseyl və Keyt Middltonun burnu da böyük populyarlığa malikdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm