• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bədəndəki çatların əsas səbəbi və müalicəsi

Bədəndəki çatların əsas səbəbi və müalicəsi

Dəri insan orqanizminin güclü, dəyişkən və ən həssas orqanıdır. Odur ki, onu həm havanın istisindən, həm soyuğundan, bir sözlə ətraf mühitin hər cür mənfi təsirindən qorumaq lazımdır. Bunun üçün də dəriyə mütəmadi qulluq edilməlidir. Müxtəlif dəri xəstəliklərini nəzərə almasaq, dəriyə düzgün qulluq edilmədikdə gözəlliyini, əvvəlki təravətini itirir. Adətən, özü-özünü yeniləməyə meylli olan insan dərisi bəzən elə təsirlərlə üz-üzə qalır ki, özünübərpa sistemi pozulur. Bu zaman dəridə bir sıra ciddi fəsadlar, çatlar, cırıqlar, məsamələr və s. əmələ gəlir.

Bəzən isə sadəcə, dəriyə qulluq kifayət eləmir. Orqanizmin sağlamlığını kompleks şəkildə düşünmək lazım gəlir. Məsələn, bədəndəki çatların əsas səbəbkarı hormonlar olur.

Dəri məsamələri necə və niyə yaranır?

Dəridə çatların yaranmasının ən mühüm səbəbi dəridəki elastin liflərin ziyan görməsidir. Məsələn, bir yara kollagen zülallarının yenilənməsi sayəsində daha tez yaxşılaşır, nəinki zədələnən elastin liflərin bərpa olunması. Bu liflərdə qüsur dərinin görüntüsünü pozur.

Dermatoloq Şərafəddin Saraçoğlunun fikrincə, dəridəki çatların səbəbini anlamaq üçün əvvəlcə dərinin quruluşunu, sonra orqanizmin necə işlədiyini müəyyənləşdirmək lazımdır. O, "Normal dəri 80 faiz kollagen və 4 faiz elastin liflərdən ibarətdir. Dəri formasında olan elastin dəriyə elastiklik verən və dartılmasını təmin edən zülaldır. Elastin lifləri ziyan görəndə dəri çatları yaranır.

Dəri çatlarını müalicə etməyin ən yaxşı yolu onlara ilk mərhələdə mane olmaqdır. Bu məqamda qatranaoxşar və alfa-hidroksil turşu ehtiva edən lokal kremlər istifadə etmək məsləhət görülür. Steroid kremlər çatları minimum səviyyədə saxlamaq üçün tətbiq olunur. Steroid kremlərin mənfi təsirini tarazlaşdırmaq üçünsə, alfa-hidroksil turşular və retinoidler istifadə edilməlidir" – deyib.

Bu vəziyyət həm də hamiləliklə əlaqələndirilir. Dəri hamiləlik dövründə orqanizmə uyğunlaşmaq üçün genişlənir. Lakin çatların əsas səbəbi hormonlardır. Yetkinlik dövründəki inkişaf zamanı və hamiləlikdə orqanizm inkişaf etdikcə dəri də genişlənir. Eyni zamanda, hormonlarda və dəri metabolizmində də dəyişikliklər müşahidə edilir.

Publika.az-ın məlumatına görə, dəri çatlarını aradan qaldırmaq üçün müxtəlif lazer müalicələri təklif olunur. Amma heç bir müalicə, dəri çatlarını tamamilə aradan qaldırıb əvvəlki, normal dəri görünüşünə gətirmir. Sadəcə, dəri çatları və problem azalır.

Dəri çatlarından qorunmaq üçün nə etmək lazımdır?

Dərinizdə çatlar görmək istəmirsinizsə qıç, qarın, sinə və belinizin arxasına bir sıra kremlər, losyonlar, yağlar çəkin. Masajlar da qan dövranını sürətləndirdiyi üçün çatların meydana gəlməsimə mane ola bilər. Bol su için və sağlam qidalanın. A, E və C vitaminləri ehtiva edən qidalara menyunuzda çox yer ayırın. İdman edin.

Xüsusilə hamiləlik zamanı və kökəlmə dövründə alfa-hidroksil turşulu lokal kremlər tətbiq etmək dəri üçün çox faydalıdır. Bu lokal tədbirlər bədən çatlarının dayanmasına yardım edə bilər.

Dəri çatları müalicə edilirmi?

Dəri çatlarını tamamilə yox etmək üçün hər hansı müalicə üsulu yoxdur. Ancaq başlanğıc mərhələsində tətbiq olunacaq bəzi kremlər və ya lazer, karboksiterapi müalicə üsulları ilə çatların inkişaf prosesini ləngitmək olar. Bu yolla çatlar hətta gözlə görünməyəcək qədər bağlana bilər. Lazer ilə tətbiq olunan müalicədən sonra çatların rəngi 80 faiz açılır.

Ancaq dəri çatları çoxdan yaranıb və ağ rəngdədirsə, onun bədəndə qoyduğu dərin izi tamamilə yox edəcək hər hansı müalicə üsulu yoxdur.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR