Məşhurların istifadə etdiyi kosmetik məhsullar – FOTOLAR
Bizi izləyin

Gözəllik

Məşhurların istifadə etdiyi kosmetik məhsullar – FOTOLAR

Görəsən, dünyaca məşhur ulduzlar necə edir ki, həmişə gözəl görünür? Hamı bilir ki, onların istifadə etdikləri kosmetika məhsullarının bu gözəllikdə böyük payı var.

Bəs Cennifer Lopez, Rita Ora, Emma Ston kimi gözəl və seksual xanımlar hansı brendlərə üstünlük verir?

Cavabınız “Bəli”dirsə, Publika.az-ın təqdim etdiyi yazını oxumağa davam edin!

Diana Kryuqer

2011-ci ildə “L'Oreal”ın reklam siması olan gözəl ulduz gözlərinə füsunkarlıq bəxş edən kirpiklərinin siririni açıqlayıb. O, brendlə əməkdaşlığının bitməsinə baxmayaraq, hələ də “L'Oréal Voluminous Million Lashes” adlı tuşdan istifadə etdiyini bildirib.

Naomi Uotts

Qırmızı dodaq boyası ehtiraslı və seksual qadınların seçimidir. Naomi Uotts bu xüsusiyyətlərini vurğulamaq üçün qırmızı dodaq boyasına üstünlük verdiyini etiraf edir.

Onun ən sevimli dodaq boyası isə “L'Oréal Paris” brendinin istehsal etdiyi “Infallible Pro Lip Color in Infallible Red” adlı pomadadır.

Keti Perri

Həm geyim stilində, həm də makiyajında rəngarəngliyi sevən müğənni adətən, parlaq, diqqətçəkici tonlara üstünlük verir. Onun ən sevdiyi makiyaj məhsulu isə “CoverGirl” brendinin göz kölgələridir.

Oliviya Uayld

Cazibədar ulduz “Revlon” brendinin “Color Burst” adlı dodaq boyasını daim makiyaj çantasında gəzdirir. Ən çox da gavalı çalarında olan dodaq boyasını sevir.

Cennifer Lopez

Makiyajında çəhrayı və narıncı rənglərə üstünlük verən Cennifer Lopez “L'Oréal Paris” in “Infallible Pro-Last Color” adlı dodaq boyası seriyasındakı "Timeless Rose" adlı dodaq boyasını çox bəyənir. O, hətta ən dəbdəbəli dəvətlərə gedərkən belə bu dodaq boyasını çəkir.

Rita Ora

Müğənni “Rimmel London” brendinin suyadavamlı laynerindən istifadə etməyi çox xoşlayır. O, bu məhsulu makiyaj çantasından heç vaxt əskik etmədiyini bildirir.

Emma Ston

Aktrisa füsunkarlığını daha da artıran narıncıya çalan qırmızı dodaq boyasının “Revlon” brendindən olduğunu bildirir. Brendin “Ultra HD Lipstick” seriyasındakı "Gladiolus" adlı dodaq boyası Emmanın ən sevimlisidir.

Kristen Danst

Müğənni və aktrisa Kristen Danstın yanaqları daim sanki günəşin təsirilə qızarmış kimi görünür. Kristen bu təbii rəngi “Flower Win Some” markasının “Rouge Some Crème Blush” adlı krem ənliyilə əldə edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm