Həssas dəri üçün gözəllik maskası
Bizi izləyin

Gözəllik

Həssas dəri üçün gözəllik maskası

Həssas dəriyə qulluq olduqca zəhmət tələb edir. Çünki ən kiçik bir səhv üzdə qızartıya, hətta sızanaqların yaranmasına səbəb ola bilər.

Həssas dəriyə sahib olanlar qan dövranını sürətləndirən meyvələrdən maskalar hazırlamalıdırlar. Moruq, böyürtkən və ya çiyələkdən bu məqsədlə istifadə etmək olar.

Bu meyvələrə allergiyanız varsa, qan dövranını artırmaq xüsusiyyəti olan başqa meyvələrdən istifadə edə bilərsiniz.

Moruq, böyürtkən və çiyələk bol miqdarda A vitamini ehtiva edirlər. Ona görə də dərini yumşaldırlar.

Bəs həssas dəri üçün maska necə hazırlanmalıdır?

Bir ovuc çiyələyi və ya böyürtkəni, moruğu bir kasanın içərisində əzib püre halına salın. Əgər dəriniz həssas və qurudursa, meyvənin üzərinə 2 xörək qaşığı duru qaymaq əlavə edə bilərsiniz. Qarışımı təmiz dəriyə çəkib 10 dəqiqə gözləyin. Daha sonra ilıq suyla üzünüzü yuyub maskanı təmizləyin.

Həftədə bir dəfə bu proseduranı təkrarlasanız, dərinizin gün keçdikcə yaxşılaşdığını qısa zamanda müşahidə edəcəksiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm