Dəriyə dərhal təsir göstərən 7 məhsul - FOTOLAR
Bizi izləyin

Gözəllik

Dəriyə dərhal təsir göstərən 7 məhsul - FOTOLAR

Dərinin gənc və gözəl qalması üçün bəzi kremlərdən mütəmadi istifadə etmək lazımdır. Ancaq bəzi kosmetika məhsulları var ki, onlar sizi problemlərdən dərhal xilas edirlər. Mərasimə, ziyafətə və ya iş yeməyinə gedərkən hər kəs qüsursuz olmaq istəyir. Bu qüsursuzluğu əldə etməkdə sizə kömək edəcək 7 məhsulu araşdırmışıq.

“Kiehl's”, Sun-Free Self-tanning Formula

Çox yumşaq teksturaya sahib olan bu krem xüsusilə quru dərililər üçün çox faydalıdır. Dəridə quruluqdan yaranan problemləri dərhal yox edir, daha sağlam bir dəri görünüşü bəxş edir.

“NARS”, Illuminator in 413 BLKR

Bu məhsul da asan şəkildə gözəlləşməyi təmin edir. Bu aydınlaşdırıcı məhsuldan bir damcı götürüb tonal krem və ya BB kremlə qarışdırın. Daha sonra barmaq uclarınızla almacıq sümüklərinizin, göz qapaqlarınızın və burnunuzun üzərinə çəkin.

“Benefit Cosmetics”, High Beam

Bu da “Nars”ın məhsulu kimi dəriyə parlaqlıq bəxş edir.

Burun, almacıq sümükləri və göz qapaqlarına çəkdikdə daha gənc təsir bağışlayacaqsınız.

“Shu Uemura” Petal Lash Mascara

Bu tuşun əyri fırçası kirpiklərinizin maksimum uzun görünməsini təmin edir, həmçinin, həcm verir.

Bu tuş həm də suyadavamlıdır, odur ki, effekti saatlarla davam edir.

“Maybelline” Face Studio Master Prime

Evdən çıxarkən üzünüzdəki qüsurları ən qısa zaman ərzində hansı məhsul aradan qaldıra bilər? Təbii ki, “Maybelline” brendinin baza kremi. Bu baza kremi üzdəki məsamələri, sızanaqları yox edir. Dərini o qədər qüsursuz hala gətirir ki, üzərindən tonal krem çəkməyə ehtiyac belə qalmır.

“REN” Flash Rinse 1 Minute Facial

Bəli, məhsulun adında da vurğulandığı kimi sadəcə bir dəqiqə ərzində qüsursuz dəriyə sahib olmağınız mümkündür. Bu kremin tərkibindəki C vitamini və portağal yağı həm qoxusunu, həm də teksturasını sevməyinizə səbəb olacaq.

“Clinique” Superdefense CC Cream

“Clinique”in təqdim etdiyi CC kremlərin 3 rəngi var. Tonal kremdən istifadə etmək istəməyənlər üçün ən ideal vasitədir.

Qüsurları örtür, dərinin rəngini balanslaşdırır və daha parlaq görünməyinizi təmin edir.

Kosmetoloqlar daim möhtəşəm və baxımlı görünmək istəyən xanımlara bu məhsullara makiyaj çantalarında yer ayırmağı məsləhət görürlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm