Alma sirkəsinin qadın gözəlliyində rolu
Bizi izləyin

Gözəllik

Alma sirkəsinin qadın gözəlliyində rolu

Dünya ulduzları da gözəlliyini qorumaq üçün təbii vasitələrdən istifadə edir. Buraya qadın gözəlliyində danılmaz rolu olan alma sirkəsi də daxildir.

Dərinizi alma sirkəsi ilə silin. Dəridəki ləkə və sızanaqları aradan qaldırmaq üçün ən yaxşı üsul alma sirkəsidir. Onun qoxusu xoş olmasa da, dərini problemlərdə azad edir. Gözəllik uğrunda qadınlar nələrə dözmür ki...

Ləkəsiz, zərif və parıltılı dəriyə sahib olmaq üçün bu maskanı mütləq edin. Sızanaqlar üçün alma sirkəsi - 1 stəkan alma sirkəsinə yarım stəkan su əlavə edin. Pambığı bu qarışığa batırıb sızanaq üzərinə bir müddət kompres edin.

Dəri ləkələri üçün alma sirkəsi - Bir qaba alma sirkəsi qoyub qaynadın. Daha sonra bu su ilə üzünüzə buxar duşu edin. Alma sirkəsinə su əlavə edib üzünüzü 3-4 gündən bir silə bilərsiniz. Dəri ləkələri üçün olduqca faydalıdır.

Alma sirkəsi həmçinin parlaq və sağlam saçlara nail olmağa da kömək edir.

Kəpəkli saçlar üçün alma sirkəsi - Saçınızı yuduqdan sonra yaxalamaq üçün 1 litr suya 1 çay qaşığı alma sirkəsi tökün və saçları bu su ilə yaxalayın. Bu əməliyyatı bir müddət saçları hər dəfə yuduqda tətbiq edin. Saçlar kəpəkdən təmizlənəcək və daha parlaq olacaq.

Alma sirkəsi arıqlamağa kömək edir. Alma sirkəsinin yağın parçalanmasına və yanmasın kömək etdiyini hamı bilir. Sirkə həzmi sürətləndirir və şişləri azaldır. Arıqlamaq üçün alma sirkəsindən istifadə edə bilərsiniz. Bunun üçün gündə iki dəfə səhər və axşam yeməkdən öncə bir stəkan suya 1 çay qaşığı alma sirkəsi əlavə edərək içməlisiniz.

Ancaq onu da qeyd edək ki, onun zərərli tərəfləri də var. Xüsusilə də, mədəsində problem olanlar alma sirkəsindən uzaq durmalıdırlar. Ümumiyyətlə, alma sirkəsindən istifadə edən hər bir kəs diqqətli olmalı, normanı aşmamalıdır.

Təsirli detoks məhsulu olan alma sirkəsi bədəni toksinlərdən təmizləyir, canlılıq verir, dərinin daha parlaq görünməsinə kömək edir.

Şəkər xəstəliyində faydalıdır. Diabet xəstələri gündə 1 yemək qaşığı alma sirkəsi qəbul etməlidirlər.

Sirkə qan təzyiqini aşağı salır. Yüksək təzyiqdə faydalıdır. Amma çox istifadə etmək olmaz.

Qeyd: Gündə 2 yemək qaşığı və daha çox sirkə istifadəsi həzm sistemində və təzyiqdə problemlər yarada bilər. Bəzi dərmanlarla qarşılıqlı təsir zamanı orqanizmə zərərli təsir göstərə bilər. Sirkəni əsla tək içmək olmaz, mütləq su ilə qarışdırmaq lazımdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm