Gözəllik
Dərini qara nöqtələrdən təmizləyən qəhvə maskası
Qəhvənin bir çox faydaları olduğunu yazmışdıq. Bu yazıda isə qəhvə qalıqlarının nə işə yaradığından danışacağıq. Belə ki, zibilliyə atdığınız qəhvə qalıqlarından həm məişət işlərində, həm də gözəllik məqsədilə istifadə edilir. Məsələn, sellülitin aradan qaldırılmasından tutmuş, iybilmə qabiliyyətinin bərpasına, hətta kanalizasiya borularının təmizlənməsinə qədər hər işdə köməkçiniz ola bilər.
Publika.az qəhvə qalıqlarından istifadə qaydalarını təqdim edir:
1. Sellülitdən qəhvə qalıqları ilə xilas olun! Çox qəhvə içmək sellülitə səbəb olduğu halda, qalıqları sellülitlə mübarizə aparır. 1 yemək qaşığı qəhvə qalığını 2 yemək qaşığı zeytun yağı ilə qarışdırıb duşdan əvvəl sellülitli bölgəyə masaj edərək çəkdikdə selülitlər xeyli dərəcədə azalır.
2. Üzdə, xüsusən də, burunda yaranan qara nöqtələrdən xilas olmaq üçün 1 yemək qaşığı qəhvə qalığına süd əlavə edib məcun halına gələnə qədər qarışdırın. Qarışığı üzünüzə çəkib 10 dəqiqə gözləyin və sonra yuyun. Bu prosesi hər həftə təkrar edin.
3. Üz üçün hazırladığımız maskaların içinə qəhvə əlavə etdikdə dərini ölü hüceyrələrdən təmizləyir.
4. Qəhvə qalıqlarını kiçik bir qabın içinə qoyub soyuducuya yerləşdirin. Bu, soyuducunun içərisindəki pis qoxuları aradan qaldırır.
5. Ev bitkilərini qarışqalardan, böcəklərdən qorumaq üçün bitkinin ətrafına qəhvə qalıqları səpin.
6. Sarımsaq doğrayandan sonra əllərdə yaranan xoşagəlməz qoxudan xilas olmaq üçün əlləri qəhvə qalıqları ilə ovun.
7. Ətir seçərkən hər bir ətri sıxdıqdan sonra qəhvəni qoxlasanız, bütün ətirlər eyni iy verirmiş hissi yaşamaqdan xilas olarsınız.
8. Qəhvə qalıqlarını unitaza boşaldın. Üzərinə bir neçə damcı çirkab yuyucu, sonra da 2 litr qaynar su tökün. Bu proses boruları təmizləyir.
Fidan
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər