Sellülit əleyhinə effektli qəhvə maskası
Bizi izləyin

Gözəllik

Sellülit əleyhinə effektli qəhvə maskası

Yayda qadınları narahat edən gözəllik problemlərindən biri də sellülitdir. Publika.az sellüliti aradan qaldırmaq üçün evdə rahatlıqla hazırlanan təsirli və təbii üsulları təqdim edir:

Sellüliti aradan qaldırmaq üçün qəhvə telvesi (qəhvənin dibində qalan qalıqları) çox idealdır. Bunun üçün ilk olaraq zeytun yağı və qəhvənin dibində qalmış telveni qarışdırın. Bir qədər ilıq olan bu qarışığı qalın bir təbəqə halında sellülitli bölgəyə sürtün. Qəhvəli bu qarışıq qan dövranını sürətləndirəcəkdir.

Bir neçə dəqiqə gözlədikdən sonra sərt şəkildə masaj edin. Sonra ilıq suyla yuyun və tam təmizləyin. Bu qarışığı sürtdükdən sonra streçlə sarıyıb 15 dəqiqə saxlaya da bilərsiniz. Sellülit əleyhinə bu maskanı 2-3 həftədə bir təkrar edin.

Sellülitli bölgələrdə müntəzəm masaj qan dövranını sürətləndirir, dərinin altında toplanan piy qatının əriməsi prosesini yüngülləşdirir. Həftədə iki dəfə duş suyuna duz əlavə etməkdə də fayda var.

Unutmayın ki, sellülitdən qurtulmaq üçün hər gün mütləq çoxlu su içməlisiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm