Dırnaqları tez uzadan təbii üsullar
Bizi izləyin

Gözəllik

Dırnaqları tez uzadan təbii üsullar

Dırnaqların qırılmaması üçün ən asan üsullardan biri dırnaqlara yod çəkməkdir. Belə ki, yod dırnaqları həm möhkəmləndirir, həm də tez uzanmasına səbəb olur.

Yodu dırnaqlara axşam yatmazdan əvvəl çəkmək lazımdır. Yodu pambığın köməyi ilə boyası təmizlənmiş dırnağın hər tərifinə yaxşı yayın. Səhər duranda yod dırnaqlara hopmuş olacaq. Bunu həftədə iki dəfə edin.

Bir qab ilıq suya bir yemək qaşığı duz, bir çay qaşığı limon suyu və sirkə, bir çay qaşığı zeytun yağı əlavə edin. Əllərinizi bu suda 30 dəqiqəyə qədər saxlayın. Bu prosedura hər axşam yatmazdan əvvəl etsəniz, dırnaqlarınız daha tez uzanacaq və qırılmayacaq.

Dırnaqları limon və badam yağı ilə silə bilərsiniz. Bu yağları ayaq dırnaqlarına da çəkmək olar.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm