Elnarə Xəlilovanın hörüklü saç stilləri - FOTOLAR
Bizi izləyin

Gözəllik

Elnarə Xəlilovanın hörüklü saç stilləri - FOTOLAR

Hörüklü saçlar bizə uşaqlıqdan tanışdır. Analarımız saçlarımızı daramamış, səliqəyə salmamış, hörməmiş bizi bağçaya və məktəbə yola salmazdı. Məlum məsələdir ki, səhər tezdən yuxudan duran uşaq üçün saçların hörülmə prosesi əsl Çin əzabı idi. Hörüklərdən canımızı qurtarmaq və istənilən saç düzümünü yığa bilmək üçün illərlə böyüməyi gözlədik. Amma aradan nə qədər illər ötsə də, hörüklər dəbdən düşmədi ki, düşmədi...

Klassik hörüklü saçlar həmişə aktual olsa da, son illər xüsusilə populyardır!

Bu illər ərzində stilistlər hörüklərin min cürə yığılan fasonunu yaratdılar. Hörük saç stilini məşhurlar da sevirlər. Hörük dəbi ilə ayaqlaşan müğənnilərdən biri də Elnarə Xəlilovadır. Müğənni solo karyerasına başladığı ilk illərdən hörüklü saçı ilə gündəmə gəlmişdi.

Publika.az ifaçının hörüklü saç stillərini toplayıb.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm