ÜTT Azərbaycanın təşkilata qəbulunu sürətləndirir
Bizi izləyin

İqtisadi gündəm

ÜTT Azərbaycanın təşkilata qəbulunu sürətləndirir

Beynəlxalq Ticarət Mərkəzi (ITC) Azərbaycanınə Ümumdünya Ticarət Təşkilatına qəbulu prosesini sürətləndirmək üçün dəstək göstərməyə hazırdır.

Bu barədə ÜTT baş katibinin aparat rəhbəri, Beynəlxalq Ticarət Mərkəzinın icraçı direktoru Arança Qonzales özünün "Twitter" səhifəsində yazıb.

Hazırda Cenəvrədə Azərbaycanın ÜTT-ə daxil olması üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Danışıqlar iyulun 24-də başlayıb və 28-ə qədər davam edəcək. Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir.

A.Qonzales yazıb: "Mən Mahmud Məmmədquliyevlə Azərbaycanın təşkilata qəbul edilməsi məsələsini müzakirə etdik və İTC-in bu prosesin sürətləndirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirdim". (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm