İqtisadi gündəm
Vahid Əhmədov: “Azərbaycan ən yüksək indeksasiya tətbiq edən ölkələrdən oldu”
Son ilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun şəkildə yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir və mühüm uğurlar əldə olunur.
Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib. Bunlardan biri də Sovet dövründən qalmış əmanətlərin əhaliyə qaytarılması idi. Artıq Azərbaycanda bu proses çoxdan yekunlaşıb.
Proseslə bağlı Publika.az-a danışan millət vəkili Vahid Əhmədov bu addımı dövlətin vətəndaşa olan qayğısının bariz nümunəsi kimi xarakterizə etdi:
“Cənab Prezident sərəncam imzaladı və sərəncama əsasən, Sovet dövründə əhalinin banklarda qalan bütün vəsaitləri qaytarıldı. Dövlət büdcəsindən bunun üçün vəsait ayrıldı və məsələ həllini tapdı. Bəzi MDB dövlətlərində əmanətlər hələ də qaytarılmayıb. Hər dövlət öz iqtisadi gücünə əsasən indeksasiya etdi. Amma onu deyim ki, Azərbaycan Baltikyanı ölkələri çıxmaq şərtilə ən yüksək indeksasiya tətbiq edən ölkə oldu. Bu da təbii ki, ölkə başçısının bu sahəyə ayırdığı diqqətin nəticəsi idi. Azərbaycanda bu proses üçün 1 milyard manata yaxın vəsait ayrılmışdı”.
Amin
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR