Şahnazaryan: “Yaxın günlərdə Azərbaycandan zərbə gözləyirəm”
Bizi izləyin

İqtisadi gündəm

Şahnazaryan: “Yaxın günlərdə Azərbaycandan zərbə gözləyirəm”

“Rusiya bununla ABŞ və Fransaya göstərmək istəyir ki, siz Əliyev-Sarkisyan görüşünü təşkil etmək istəyirdiniz, amma nail olmadınız. Biz isə onu təşkil etdik”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Ermənistan Təhlükəsizlik Xidmətinin keşmiş sədri, Regional Tədqiqatlar Mərkəzinin eksperti David Şahnazaryan Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı Soçi görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq cəmiyyətə göstərmək istəyir ki, Ukrayna hadisələri onun Cənubi Qafqaz siyasətinə maneə olmadı.

Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri hesab edir ki, Soçidəki görüşdən sonra İrəvan həmsədrləri regiona dərhal dəvət etməyə məcburdur. O, qeyd edib ki, diaspora “erməni soyqırımı”ndan əlavə Dağlıq Qarabağ məsələsini irəli çəkməli, ən azı bir neçə Konqres üzvü tərəfindən Dağlıq Qarabağın tanınması məsələsini qaldırılmasına nail olmalıdır.

“Ermənistan təhlükəsizlik konsepsiyasını tezliklə dəyişdirməli, diversifikasiya aparılmalıdır”, - Şahnazaryan bildirib. O, qeyd edib ki, yaxın günlərdə Azərbaycandan zərbə gözləyir. Ermənistanın kifayət qədər ağır vəziyyətdə olduğunu deyən erməni eksperti bildirib ki, Ukrayna hadisələrinə reaksiya İrəvanın beynəlxalq nüfuzumuzu yüksəltməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm