İqtisadi gündəm
"Yanlış xəbərlər Azərbaycanı ittiham etmək fürsəti yaradır"
“Hər halda belə media orqanlarını qınamaq və tənbeh etmək lazımdır. Çünki son iki həftə ərzində cəbhədə vəziyyət dəyişdiyi zaman müxtəlif informasiya vasitələrində tamamilə bir-birinə zidd olan məlumatlar yayılıb. İndi artıq həmin hadisələrin üstündən bir az keçəndən, baş verən hadisələr dəqiqləşdirildikdən sonra məlumdur ki, hansı mətbuat orqanları düzgün olmayan, sadəcə şayiə əsasında məlumatlar yayıblar. Mətbuat Şurasının həmin yanlışlıqlara yol vermiş mətbuat orqanlarının iştirakı ilə son iki həftə ərzində baş verən olaylar və onların KİV-də işıqlandırılması ilə bağlı bir müzakirə keçirməsi yaxşı olardı”.
Bunu Modern.az saytına açıqlamasında Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.
Qeyd edək ki, son zamanlar mediada yayılan dezoməlumatlar həm ölkə ictimaiyyətini, həm də cəbhə bölgələrindəki kənd sakinlərini narahat edir. Çünki sakinlər öz yerlərində yaşamağa davam etsələr də, onların kəndləri tərk etdikləri haqqında məlumatlar yayılır.
C. Feyziyevin sözlərinə görə, yanlış informasiyalar xaricdəki qüvvələrin də əlinə əsas verir ki, Azərbaycanı ittiham etsinlər:
“Biz jurnalistlərin, mətbuat vasitələrinin olan hadisələrdən və mətbuatda gedən yazılardan analiz edərək bir dərs çıxarmağına çalışmalıyıq ki, gələcəkdə lazımsız, şayiə əsasında olan məlumatları həqiqət kimi təqdim etməsinlər. Xaricdən bizim mətbuatı da izlədiklərinə görə, bəzən yanlış məlumatlar ölkə haqqında təsəvvürlərə gətirib çıxara bilər. Məsələn, biz öz mövqelərimizi qorumaq üçün düşmənin atəşinə cavab verdiyimiz halda bəzi mətbuat orqanları yazmışdılar ki, guya biz artıq düşmənin istehkamlarını yararaq, Qarabağın ərazisinə keçmişik. Bu kimi informasiyalar həqiqətə uyğun deyil və xaricdəki qüvvələrin də əlinə əsas verir ki, Azərbaycanı ittiham etsinlər. Ona görə də mətbuat Müdafiə Nazirliyinin dəqiqləşdirilmiş məlumatı olmadan cəbhə xəttində vəziyyətin dəyişdirilməsi, sərhədin dəyişdirilməsi kimi məsələlər haqqında qeyri-dəqiq məlumatları yazmamalıdır. Yəni belə bir şeyi yazmaq çox böyük məsuliyyət tələb edir. Bu məsuliyyət hissini artırmaq üçün çox güman ki, mətbuat vasitələrinin əməkdaşları ilə lazımı profilaktik iş aparılmalıdır".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu