İlham Əliyev Braziliya Prezidentini təbrik edib
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Braziliya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russeffə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm