İqtisadi gündəm
Apple şirkətinin telefonlarında Azərbaycan əraziləri Ermənistan ərazisi kimi təqdim edilir
Apple şirkətinin "İphone" telefonlarında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgələrində Azərbaycan əraziləri Ermənistan ərazisi kimi təqdim edilir.
Trend-in məlumatına görə, Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrində sosial şəbəkələrdə məlumatların paylaşılması zamanı, eləcə də GPS koordinatları axtarılan zaman yerin adı Azərbaycan deyil, Ermənistan ərazisi kimi göstərilir. Mövcud sistem istifadəçinin düzəlişini qəbul etmədiyindən şəbəkə istifadəçisi olan şəxs telefonunda həmin səhvi də qətiyyən düzəldə bilmir. Sosial şəbəkəyə kompüter vasitəsilə daxil olduqda isə "İphone"-un yalnız bəzi yer adları ilə bağlı yaratdığı səhvləri aradan qaldırmaq mümkün olur. Məlumat şəbəkəyə telefon vasitəsilə yerləşdirildiyindən kompüter bütün məlumatların düzəlişini qəbul etmir.
Qeyd edək ki, bu gün mobil telefon şirkətləri vahid xəritədən istifadə etmirlər. "İphone" telefonlarında da Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgələrində Azərbaycan ərazilərinin Ermənistan ərazisi kimi təqdim edilməsinin əsas səbəbi həmin şirkətin istifadə etdiyi xəritə ilə bağlıdır. Hər bir şirkət fərqli mənbələrə istinad etdiyindən fərqli xəritələrdən istifadə edirlər ki, nəticədə də belə vəziyyət yaranmış olur.
Apple şirkətinin MDB ölkələri üzrə nümayəndəliyinin rəhbəri Denis Yurcenko Trend-in məsələ ilə bağlı sorğusunu cavablandıra bilməcəyini söyləyib.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan