İqtisadi gündəm
Prezident İlham Əliyev “Yasamal” parkının açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib.
Publikaz.az-ın “AzərTAc”-a istinadən məlumatına
görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə
bağlı dövlət başçısına məlumat verdi.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin istirahətinin təmin edilməsi və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə “Azərsu” ASC-nin “+82 Qərb” su anbarının ərazisində, Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yeni istirahət parkı salınıb. Park salınarkən su anbarlarının təhlükəsizliyi üçün əvvəlcədən bütün texniki tədbirlər görülüb. Xüsusi dizayn əsasında layihələndirilən parkın inşasına bu ilin əvvəllərində başlanılıb və bir ildən də az müddətə başa çatdırılıb.
Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Layihə çərçivəsində “+82 Qərb” su anbarının giriş və çıxış
hissələri də abadlaşdırılıb, seyrangahlar yaradılıb. Yeni salınan
parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli
təşkili üçün hər cür şərait var. Burada görülən işlər ölkədə həyata
keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi
olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir. Bu, bir
daha təsdiq edir ki, şəhər və rayonlarımızda aparılan quruculuq
işləri çərçivəsində park və xiyabanların salınması diqqətdən
kənarda qalmır. Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə
həyata keçirilib, geniş yaşıllıq işləri görülüb. Burada çoxillik
ağaclar, gül və bəzək kolları əkilib. Parkda iki uşaq oyun
meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Bu
meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri
quraşdırılıb. Eyni zamanda, parkın ərazisində iki kafe fəaliyyət
göstərəcək. Parkın salınması zamanı milli memarlıq üslubu ilə
müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və
formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif
fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar
quraşdırılıb.
Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və
xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların
salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün
müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə
paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və
yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir
infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli
tədbirlərdəndir. “Yasamal” parkı da Bakı şəhərinin simasının daha
da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından
olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyev “+82 Qərb” su anbarları kompleksinin 3-cü,
4-cü və 5-ci anbarları ilə də tanış oldu.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR